Kövsər Orucbəyli

DİPLOMATİK PROTOKOL ÜZRƏ TƏLİMÇİ
Kövsər Orucbəyli
Kövsər Orucbəyli

Təlimçi haqqında:

Azərbaycan Dövlət İqtisad Universitetində “Turizm və sosial-mədəni servis xidməti” ixtisası üzrə 2005–2009-cu illərdə ali təhsil almışam. 2010-cu ildən etibarən isə dövlət müəssisələrində, özəl sektorda, eləcə də bir çox qlobal və yerli layihələr çərçivəsində Diplomatik Protokol və Etiket qaydaları üzrə təlimçi kimi fəaliyyət göstərirəm.

Modanın incə dünyasından gələn biri olaraq, inanıram ki, zəriflik yalnız zahiri görünüşlə məhdudlaşmamalı, həm də ruhda və davranışda əks olunmalıdır. Etiket, nəzakət, diplomatik davranış və sosial incəliklər cəmiyyətin dayanıqlı inkişafı üçün vacib sütunlardır. “Moral Akademi” də bu sütunları möhkəmləndirmək, yeni nəsillərə sağlam mənəvi baza təqdim etmək məqsədilə qurulub.

İllərlə apardığım şəxsi və peşəkar axtarışlar nəticəsində anladım ki, uğur yalnız bacarıqdan deyil, eyni zamanda sağlam dəyərlərdən doğur. Mənim yolum – sevgi, ədalət, dürüstlük və məsuliyyət kimi dəyərlər üzərində qurulub. Bu prinsipləri tədris etdiyim hər dərsə, etdiyim çıxışlara və “Moral Akademi”nin təlim proqramlarına inteqrasiya edirəm.

“Moral Akademi”də biz yalnız protokol və davranış qaydalarını öyrətmirik – insanı bütöv şəkildə: görünüşü, danışığı, dünyagörüşü və davranışı ilə bir şəxsiyyət kimi formalaşdırmağa çalışırıq. İştirakçılarımıza yalnız “nə etmək” lazım olduğunu deyil, eyni zamanda “niyə etmək” lazım olduğunu da aşılayırıq.

Akademiyanın təsisçisi və təlimçisi olaraq, dərslərimdə şəxsi həyat yolumdan nümunələr, mənəvi dərslər və praktik davranış modelləri ilə iştirakçıları həm düşündürür, həm də dəyişməyə ruhlandırıram. Bu dəyişiklik yalnız sosial çevrədə uğur qazanmaq üçün deyil, eyni zamanda insanın öz ruhuna daha yaxın olması üçün baş verir.

Bu yolun hər mərhələsində mənimlə olan, bu dəyərlərə inanan hər kəsə dərin minnətdarlığımı bildirirəm. Əgər sən də içindəki səsi dinləməyə, özünü yenidən kəşf etməyə və cəmiyyətə faydalı bir fərd olmağa hazırsansa – “Moral Akademi” sənin yerindir.


@moral_akademi

Bizi Instagram-da izləyin!

və ya bizimlə əlaqə saxlayın...

📧 info@moral.az☎️ +994 55 580 70 19