Sözüm var...
Mən bu yolu bir təlim mərkəzi açmaq üçün yox, dəyərləri yaşadan bir mühit yaratmaq üçün başladım.
İllərlə müxtəlif sahələrdə — dövlət və özəl sektorda, yerli və beynəlxalq layihələrdə insanlarla işlədim. Nə qədər vacib biliklər, nə qədər önəmli bacarıqlar öyrədilsə də, bir məsələ daim kölgədə qalırdı: daxili zənginlik, zərif davranış və əsl etik duruş.
“Moral Akademi” bu boşluğu doldurmaq üçün doğuldu. Biz burada sadəcə diplomatik protokolu və etiketi tədris etmirik. Biz insanlara özlərini tanımaq, davranışlarını cilalamaq və cəmiyyətə dəyər qatacaq bir fərd olaraq formalaşmaq imkanı veririk.
Bu akademiyanın hər dərsi, hər proqramı bir dəyərin daşıyıcısıdır — sevgi, məsuliyyət, dürüstlük və ədalət. Mən bu dəyərlərlə yaşamışam, indi isə bu yolu paylaşmaq istəyirəm.
Burada səni dəyişmək istəmirik. Səni sənə daha yaxınlaşdırmaq istəyirik.
Əgər içindəki səsi dinləməyə, özünü inkişaf etdirməyə və daha balanslı bir “mən” yaratmağa hazırsansa— sən doğru yerdəsən.
