MORAL AKADEMİ

YENİLİKLƏR

Blog Image

MORAL Akademi fəaliyyətə başladı

  • 05.07.2025

Diplomatik protokol, etik davranış və şəxsi inkişaf sahələrini bir araya gətirən “Moral Akademi” rəsmi olaraq fəaliyyətə başladı. Akademiyanın əsas məqsədi cəmiyyətə zəriflik, mədəniyyət və mənəvi dəyərlərlə zəngin fərdlər qazandırmaq, etik davranış mədəniyyətini yeni nəsillərə aşılamaqdır.

Akademiyanın təsisçisi və təlimçisi, diplomatik protokol üzrə təlimçi Kövsər Orucbəyli, illərlə dövlət və özəl sektorda, həmçinin qlobal və yerli layihələrdə qazandığı təcrübəni bu akademiyaya gətirərək, protokol və davranış qaydalarının yalnız nəzəri deyil, həm də dəyər əsaslı tədrisini həyata keçirir. Onun sözlərinə görə, “Moral Akademi” yalnız qaydalar öyrətməyə deyil, insanı bütöv şəkildə yetişdirməyə xidmət edir.

“Moral Akademi”də iştirakçılar diplomatik protokol və etik davranış, ictimai münasibətlərdə etik ünsiyyət, zərif davranış və sosial incəliklər, geyim etikası və şəxsi imicin formalaşdırılması kimi istiqamətlər üzrə həm fərdi, həm də qrup formatında iki aylıq proqram əsasında təlimlərə qatılacaqlar. Tədris prosesi restoran, teatr və digər ictimai məkanlarda praktik məşğələlər və real situasiyalar üzərindən həyata keçiriləcək.

Akademiya klassik etiket təlimlərini mənəvi və psixoloji inkişaf ilə birləşdirərək müasir cəmiyyətin ehtiyaclarına uyğun, şəxsiyyət yönümlü yanaşma tətbiq edir. İştirakçılar yalnız “nə etmək” lazım olduğunu deyil, həm də “niyə etmək” lazım olduğunu öyrənərək özlərini daha balanslı və inamlı şəkildə təqdim etmək imkanı qazanacaqlar.

Yeni nəsildə sevgi, dürüstlük, məsuliyyət və ədalət kimi dəyərlərlə zəngin zərif davranış mədəniyyəti yaratmağı hədəfləyən “Moral Akademi” bu sahədə fərdi inkişaf həvəskarları və peşəkar mütəxəssislər üçün güclü bir başlanğıc nöqtəsidir.

Əgər sən də özünü kəşf etməyə, cəmiyyətə dəyər qatmağa və daha zərif bir fərd kimi inkişaf etməyə hazırsansa, “Moral Akademi” sənin yolunu gözləyir.

@moral_akademi

Bizi Instagram-da izləyin!

və ya bizimlə əlaqə saxlayın...

📧 info@moral.az☎️ +994 55 580 70 19